Abşeronun 2 qəsəbəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq

Noyabrın 18-də saat 12:00-dan 15:00-dək 35/6 kilovoltluq yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

ƏvvəlkiBill Geyts yenidən dünyanın ən zəngin adamı oldu
NövbətiQənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi – FOTOLAR