ABŞ Rusiya, Ermənistan və Qırğızıstanın 71 şirkətinə ixrac məhdudiyyəti qoyub

ABŞ Ticarət Nazirliyi 70-dən çox kompaniyaya ixrac məhdudiyyəti tətbiq edir, onların sırasına 69-u Rusiyadan olmaqla, Ermənistan və Qırğızıstan şirkətləri də daxildir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat nazirliyin Amerika Federal Reyestrinin saytında dərc olunmuş sənədində yer alıb.

“Ticarət nazirliyi kompaniyaların siyahısına 71 struktur əlavə etməklə, ixraca nəzarət qaydalarına dəyişiklik edir. ABŞ administrasiyası hesab edir ki, bu kompaniyalar milli təhlükəsizlik maraqlarına və Birləşmiş Ştatların xarici siyasətinə zidd fəaliyyət göstərir”, – sənəddə belə deyilir.

Vaşinqton bu şirkətlərə həm ixrac, həm də təkrar ixrac məhdudiyyətləri qoyub.

ƏvvəlkiBeynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub
NövbətiOverçuk: “Bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çata bilər”