ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

ABŞ çərşənbə günü Minuteman III qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasından məlumat verilib.

“ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələri Qlobal Hücum Komandanlığı döyüş başlıqsız Minuteman III qitələrarası ballistik raketinin buraxılışını həyata keçirib”, – deyə açıqlamada bildirilir.

Məlumata əsasən, raketin buraxılması Bakı vaxtı ilə saat 16:11-də baş tutub. Raket 6,7 min kilometrdən çox məsafə qət edib.

ƏvvəlkiAğ ev: Bayden Çin Sədri ilə telefon danışığı aparacaq
NövbətiTürkiyə ordusu İraqın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib