ABŞ-dan sonra Avropa İttifaqı da Rusiyadakı səfirini dəyişib

Avropa İttifaqı Rusiyadakı diplomatik missiyasının rəhbərini, bu vəzifəni icra edən alman diplomat Markus Edereri əvəz edib və diplomat artıq ölkəni tərk edib.

“Report” xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

Qeyd olunub ki, Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Roland Qalyaraq tutacaq. Bu rotasiyanın planlı olduğu vurğulanır.

Ederer 2017-ci ilin oktyabrından Aİ-nin Rusiyadakı missiyasına rəhbərlik edib. O, həmçinin Normandiya formatında (Almaniya, Fransa, Ukrayna, Rusiya) Ukrayna böhranı üzrə dördtərəfli danışıqların hazırlanmasına töhfə verib və Minsk razılaşmaları əsasında Ukraynanın cənub-şərqindəki vəziyyətin nizamlanmasının tərəfdarı olub.

ƏvvəlkiAlmaniya Ukraynaya siyasi və hərbi dəstəyin davam edəcəyinə zəmanət verib
NövbətiSabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq