Alyaskada güclü zəlzələ baş verib

ABŞ-nin Alyaska ştatında 6,3 maqnitudalı zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanın episentri Umnak adasındakı Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə qeydə alınıb.

Zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.

ƏvvəlkiABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər