AZƏRTAC və Oman Xəbər Agentliyi qarşılıqlı informasiya mübadiləsi həyata keçirəcəklə

Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində iyulun 14-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Oman Xəbər Agentliyi (ONA) arasında xəbər və informasiya mübadiləsi sahəsində Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Oman Xəbər Agentliyinin Baş direktoru İbrahim Salim Al Salmi imzalayıblar.

Memoranduma əsasən, tərəflər ərəb, ingilis və digər dillərdə xəbər bülletenlərinin, həmçinin foto və videomaterialların qarşılıqlı və ödənişsiz mübadiləsini həyata keçirəcəklər.

Sənəddə media sahəsində təlimlərin, ekspert səfərlərinin və elmi tədqiqatların təşviqi də nəzərdə tutulur. Razılaşmaya uyğun olaraq, tərəflər bir-birinin müəllif hüquqlarına hörmətlə yanaşmağı, materiallardan istifadə zamanı mənbəni düzgün göstərməyi və ilkin məzmunu təhrif etməməyi öhdələrinə götürürlər.

ƏvvəlkiABŞ bir neçə saat sonra İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
NövbətiKahramanmaraşda 4,2 bal gücündə zəlzələ olub