Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

AZƏRTAC xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

Cavab görüşləri sabah baş tutacaq.

ƏvvəlkiSəudiyyə Ərəbistanı Türkiyədə iki Günəş elektrik stansiyasının tikinti layihəsini dəstəkləyib
NövbətiMüdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb