Birinci yarımildə 173 mindən çox əmlaka çıxarış verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173 min 383 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 30 min 352-si (17,5 faiz) ilkin, 143 min 31-i (82,5 faiz) isə təkrar qeydiyyatın payına düşür.

2025-ci ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 31 min 211, mənzil – 42 min 999, torpaq sahəsi – 92 min 787, qeyri-yaşayış binası – 1444, qeyri-yaşayış sahəsi – 4504, əmlak kompleksi – 358, çoxmərtəbəli yaşayış binası – 77 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 46 min 762-si Bakı şəhərinin, digər hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-iyun ayları ərzində 123 min 192 texniki pasport tərtib edilib, 28 min 926 ipoteka müqaviləsi qeydiyyata alınıb.

ƏvvəlkiLaçında “Yurd çağırır məni” adlı rəsm sərgisi açılıb