Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı-Böyük Kəsik istiqamətində 600 km yolun əsaslı təmiri çərçivəsində Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  verilən məlumata görə, işlər mərhələli şəkildə davam etdiriləcək.

Prosesi 5 saylı İxtisaslaşdırılmış “Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 145 yoldəyişən yenisi ilə əvəz olunub.

ƏvvəlkiAzərbaycan gimnastları II Avropa Oyunlarına ilk lisenziyaları qazanıblar
NövbətiSabaha olan hava proqnozu