Sabaha olan hava proqnozu

Aprelin 20-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18,  Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Sabah Azərbaycanın qərb rayonlarından başlayaraq, şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

ƏvvəlkiDəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
NövbətiDeputat: “Prezidentin fərmanı göstərdi ki, dövlətimiz bundan sonra da vətəndaşının yanında olacaq”