Azərbaycan yığması Millətlər Liqasında ikinci olub

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, komanda həlledici raundda ev sahibi kollektiv ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada dəqiq olan rəqib Millətlər Liqasının qalibi olub – 3:1.

Milli isə turniri ikinci pillədə başa vurub.

Əvvəlki“Prezident Kuboku-2025”: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar
NövbətiAzərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda qızıl medal qazanıb