Milli Məclisin nümayəndə heyətinin İran parlamentinin sədri ilə görüşü olub

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 25-də İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın İrandakı səfiri də iştirak edib.

ƏvvəlkiPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu durmadan artıb, möhtəşəm uğurlar qazanılıb
NövbətiYevlaxda yük maşınları toqquşaraq aşıb