Yevlaxda yük maşınları toqquşaraq aşıb

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, iki yük maşınının toqquşması zamanı Yevlax rayon sakinləri – 1993-cü il təvəllüdlü Rəşad Əlizadə, 1978-ci il təvəllüdlü İlqar Sərdarov, 1974-cü il təvəllüdlü Namiq Məhərrəmov və 1990-cı il təvəllüdlü Orxan Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xəstəxanaya çatdırılıb.

ƏvvəlkiMilli Məclisin nümayəndə heyətinin İran parlamentinin sədri ilə görüşü olub
NövbətiGörkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı haqqında kitab çap olunub