Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

Turk.az-ın məlumatına görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısına görülən işlər barədə məlumat verib.