Maliyyə naziri Beynəlxalq bankın özəlləşdirilməsi barədə: Vaxt tələb olunur

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesi müəyyən hazırlıq tələb edir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə nazirinin sözlərinə gröə, hazırda bankın sağlamlaşdırılması prosesi artıq başa çatıb.

S.Şərifov deyib: “Biz artıq bankın sağlamlaşdırlması və bankın balansında olan tiksik aktivlərin restrukturizasiyası prosesini başa çatdırmışıq”.

Maliyyə naziri bankın maliyyə vəziyyətini stabil qiymətləndirib.

O deyib: “Yaxın vaxtlarda bank 2017-ci il üçün auditdən keçmiş maliyyə hesabatını dərc edəcək və hamı əmin olacaq ki, bank gəlirli maliyyə institutuna çevrilib. Bu o deməkdir ki, biz bankı özəlləşdirməyə hazırlamağa başlaya bilərik. Bu, uzun prosesdir. Biz bir neçə varianta baxmalı və variantlardan birini seçməliyik”.