Sumqayıtda avtomobil, Göygöldə ev yanıb

Sumqayıt şəhərində “AzSamand” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.Göygöl rayonu, Çaykənd kəndində isə ümumi sahəsi 200 m2 olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 m2 sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

ƏvvəlkiBu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
NövbətiAtəşkəs rejimi 97 dəfə pozulub