Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək. Turk.az-in məlumatına görə, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq.

Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışacaq. “Roma”nın “Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmır. Düzdü, “Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətindi. Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.

ƏvvəlkiDe Mistura: “Suriya ətrafında vəziyyət aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır”
NövbətiSumqayıtda avtomobil, Göygöldə ev yanıb