De Mistura: “Suriya ətrafında vəziyyət aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır”

Suriyanın Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə iddiaları aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır.

Turk.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Onun sözlərinə görə, Dumaya aid debatlar beynəlxalq gərginliyin artması fonunda keçirilir: “Suriyada gərginliyin eskalasiyası təsəvvürümüzə gətirə bilmədiyimiz dərəcədə dağıdıcı nəticələrə gətirib çıxara bilər. Təhlükəsizlik Şurası buna yol verməməlidir”, deyə de Mistura qeyd edib.