Bakıda əqli çatışmazlığı olan şəxs polis əməkdaşlarına xəsarət yetirib

Bakının Xəzər rayonunda əqli çatışmazlığı olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.

“Report” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O, qeyd edib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H.Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

ƏvvəlkiXİN Katrin Kolonanın Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib
NövbətiOmnium üzrə Bakı kuboku yarışının qalibləri müəyyənləşib