Azərbaycan cüdoçusu Rövşən Əliyev açıq Avropa turnirinin finalına yüksəlib

Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb. R.Əliyevin qızıl medal uğrunda rəqibi türk Salih Yıldız olacaq.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək turnirdə Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.

ƏvvəlkiDİN Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 274 yoluxma faktı qeydə alınıb