Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm. Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur. Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram”.

ƏvvəlkiBallıqaya su mənbəyinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb
NövbətiXaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb