İsmayıllıda sakinlərin təbii qazla bağlı problemləri dinlənilib

Sizdən xahiş edirəm ki, İsmayıllı rayonunun Kürdüvan və Xankəndi kəndlərinin qazlaşdırılmasını diqqətdə saxlayasınız. Mavi yanacağın olmaması bizlərə xeyli çətinlik yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xankəndi kənd sakini Cəsarət Mahmudov “Açıq mikrofon” aksiyası çərçivəsində İsmayıllı rayonunda vətəndaşlarla keçirilən görüşdə bildirib. Aksiyaya üz tutan sakinlər sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, qaz xəttinin yerinin dəyişdirilməsi və qazlaşma ilə bağlı müraciət ediblər. Daxil olan müraciətlər “Azəriqaz” İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Osman Behbudov və Birliyin digər məsul şəxsləri tərəfindən cavablandırılıb.

ƏvvəlkiBirinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş üçün 120 milyon manat ayrılacaq
NövbətiŞəhid ailələri və qazilərimiz Formula 1 Azərbaycan Qran Pri yarışlarını fəxri qonaq qismində izləyiblər