Rusiya hərbçiləri Ukraynanın Oleşki şəhərini ələ keçiriblər

Rusiya qoşunu Ukraynanın Xerson şəhərinə gedən yolun keçdiyi Oleşki şəhərinə daxil olublar.

“Report”un məlumatına görə, bu barədə Oleşki şəhərinij meri Yevgeni Rişçuk xəbər verib.

O, qeyd edib ki, düşmən hərbçiləri yerli administrasiyanın binasında artıq Rusiyanın bayrağını asıblar.

Rişçuk şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb, çünki orada Rusiya patrulları olacaq.

“Bizim küçələrdə patrul xidməti ilə bağlı məsələmiz var. Yerli patrullar ruslarla əməkdaşlıq etməyəcək. Yəni ruslar özləri küçələrdə patrul edəcəklər”, – o deyib.

Eyni zamanda, Rişçukun sözlərinə görə, o, belə bir fürsət olduğu müddətdə şəhərdə müəyyən proseslərə nəzarəti davam etdirəcək. Kommunal xidmətlər fəaliyyətini davam etdirəcək.

ƏvvəlkiSahibə Qafarova Albaniyanın Baş naziri ilə görüşüb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb