Şəhriyar Məmmədyarov Belqradda FIDE Qran-Pri seriyasının ikinci mərhələsində mübarizəni dayandırıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Belqradda FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin 6-cı turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz D qrupunda sonuncu görüşündə fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Bununla da bütün qarşılaşmalarını “sülh”lə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə əldə edəcək.

ƏvvəlkiBu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür
NövbətiAzərbaycanın Qırğızıstandakı səfiri bu ölkədə fəaliyyət göstərən “Türkel” Media Qrupunun rəhbəri ilə görüşüb