Bu gün peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70 768 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 841 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 391 664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 915 485 təşkil edir.

ƏvvəlkiAzərbaycanda daha 2406 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb
NövbətiDÇ-2022: Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzub