Avqustun 6-da Azərbaycanda COVID-19 əleyhinə 60 mindən çox peyvənd vurulub

Avqustun 6-da Azərbaycanda 60 min 68 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 327 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 311 min 119, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 91 min 301, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 219 min 818 nəfər təşkil edir.

ƏvvəlkiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib
NövbətiFHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu Türkiyə respublikasının sərhədinə çatıb