Şuşada bayram namazı qılınıb

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Ramazan bayramı namazı qılınıb.

Trend-in məlumatına görə, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirib.

Bayram namazı Yuxarı Gövhərağa məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.

Əvvəlki“Azeri Light” neftinin qiyməti 70 dollara çatır
NövbətiSüleyman Soylu: “Türkiyə Qarabağın ələ keçirilməsinə imkan vermədi”