Son iki ayda ölkəmizə 72 min xarici vətəndaş gəlib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana təxminən 72 min xarici vətəndaş gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 83 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, xarici vətəndaşlardan 36 mini yanvarda, 36 mini isə fevralda gəlib: “Hazırda xarici ölkələrə gediş-gəliş var, bunun üçün xüsusi reyslər də mövcuddur. Amma bu o demək deyil ki, qeyd edilən hal turizm vəziyyəti kimi dəyərləndirilə bilər. İlin ikinci yarısı ilə bağlı ümidlərimiz var”.

Əvvəlki“Ever Given” gəmisi sayadan çıxarılıb
NövbətiAşıq Ələsgərin 200 illik yubileyi münasibətilə tədbir keçirilib