Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası – 2 “KamAZ”, 1 “Ural”, 3 “QAZ”, 2 “UAZ”, 1 “Niva” markalı avtomobil və 1 traktor qənimət kimi ələ keçirib. Texnikaların hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun hərbi texnikaları qənimət olaraq ələ keçirilmişdi.

ƏvvəlkiErmənilər Tərtər pambıq zavodunu vurdu
NövbətiPrezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib