Bakıda İndoneziya Mədəniyyət Festivalını keçirməyi planlaşdırır

İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi 11-16 sentyabr tarixlərində Bakıda İndoneziya Mədəniyyət Festivalını keçirməyi planlaşdırır. Türk.az xəbər verir ki, “Arxipelağın Ən Zəngin Mədəniyyətini Yaşatmaq” mövzusunda keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir. İndoneziya Respublikasının Azərbaycandakı səfiri, Husnan Bey Fananie tədbirin Bakı şəhərinin iki məkanında, Heydər Əliyev Sarayı və Fəvvarələr Meydanında keçiriləcəyini qeyd edib: “Festivalın bu iki yerdə keçirilməsi şübhəsiz, böyük ictimai marağa səbəb olacaq. Beləki, tədbirin keçiriləcəyi Heydər Əliyev Sarayı Bakı şəhərinin ən nüfuzlu məkanı olduğu halda, Fəvvarələr Meydanı isə azərbaycanlıların ən çox gəldiyi açıq ticarət mərkəzidir. İndoneziya Mədəniyyət Festivalı 2018 Azərbaycanda, xüsusilə Xəzər dənizi regionunda keçiriləcək üçüncü festivaldır. Bundan öncə, 2016-cı ildə keçirilmiş İndoneziya Mədəniyyət Festivalı Azərbaycan xalqı tərəfindən çox xoş qarşılandı. Bu bizim üçün sürpriz oldu. Bu səbəbdən aydın idi ki, İndoneziya Mədəniyyət Festivalına böyük tələbat var”. Husnan Bey Fananie bildirib ki, 2017-ci ildə iki gün keçirilən İndoneziya Mədəniyyət Festivalı 3500 tamaşaçı tərəfindən izlənilib. Qeyd edək ki, 4 milyon əhalisi olan şəhərdə keçirilən bir tədbir üçün bu çox böyük göstəricidir. O hətta inanır ki, növbəti İndoneziya Mədəniyyət Festivalı daha canlı olacaqdır, çünki, bu festivalın illik tədbirə çevrilməsi Azərbaycan xalqına məlumdur. “İndoneziya Mədəniyyət Festivalı İndoneziya – Azərbaycan ikitərəfli əlaqələrini daha da gücləndirəcəkdir. Əslində, bu İndoneziya və Azərbaycan xalqları arasında böyük dostluq tədbiridir. Buradakı insanlar ən böyük İslam ölkəsi kimi tanınan İndoneziyanı sevirlər.” Bu səbəbdən, Husnan indoneziyalı iş adamlarını Xəzər dənizi regionunda biznes şəbəkəsi açmağa dəvət edir. İndoneziya Mədəniyyət Festivalı 2018, 2016-cı ildən etibarən İndoneziya Respublikasının Bakıdakı səfirliyi tərəfindən keçirilən ən böyük tədbirdir. İndoneziya Mədəniyyət Festivalına, musiqi, rəqs və İndoneziyanın ozünümüdafiə sənəti daxil olmaqla, incəsənət və mədəni çıxışlar daxildir. Bundan əlavə, İndoneziyanın turizm və məhsullarının mükəmməlliyini təqdim edən stendlər təşkil olunacaqdır. Həmin həftə ərzində işgüzar görüşlər, sərgilər, İndoneziya turizmini tərənnüm edən tədbirlər, ənənəvi incəsənət çıxışları və seminar keçiriləcək və təhsil müəssisələrinə baş çəkiləcək. Tədbirdə, İndoneziya Mədəniyyət Festivalının həyata keçməsini yüksək dəyərləndirən İndoneziya və Azərbaycan Nazirliklərinin iştirakı da gözlənilir.

Əvvəlkiİlham Əliyevdən icra başçısı ilə bağlı qərar – 3 sərəncam
NövbətiErmənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayperdən istifadə etməklə atəşkəsi 103 dəfə pozub