Azərbaycanda il ərzində 2 mindən çox ağır cinayətin üstü açılır.

Türk.az xəbər verir ki, bu sözləri Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır. Bu illər ərazində 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib. Cinayətlərin açılması orta hesabla 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin, təqribən, 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.

R.Usubov vurğulayıb ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində bir daha özünü göstərir.

ƏvvəlkiBAKI ŞƏHƏRƏTRAFI DƏMİR YOLU XƏTTİNİN ELEKTRİK TƏCHİZATI SİSTEMİ ƏSASLI TƏMİR OLUNUR
NövbətiLeyla Əliyevanın kitabı Londonda nəşr olunub