Türkiyə telekanalı 20 Yanvar faciəsinə həsr olunmuş veriliş hazırlayıb

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının bu həftəki verilişi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu veriliş yanvarın 19-da yayımlanacaq.

Verilişdə qonaq olacaq “CanAzərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin müəllimi, tarixçi Halil Bal 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparacaqlar.

ƏvvəlkiABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb
NövbətiDavos İqtisadi Forumuna 117 ölkədən 3 minədək lider gələcək