Davos İqtisadi Forumuna 117 ölkədən 3 minədək lider gələcək

Gələn həftə İsveçrəınin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçiriləcək.

Türk.az xəbər verir ki, yanvarın 21-dən 24-dək davam edəcək tədbirin başlıca mövzusu maraqlı tərəflər kapitalizmi (stakeholder capitalism) olacaq.

Forumun banisi professor Klaus Şvab görüş zamanı dünyanı əhatə edən iki təşəbbüsün irəli sürüləcəyini açıqlayıb. Bunlardan biri 1 milyard insana təlim keçməyi, digəri də 1 milyard ağac əkməyi ehtiva edir. Həmçinin forum çərçivəsində “Avrasiya Strateji Perspektivləri” adlı sessiya keçiriləcək.

Forumda 117 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Onların arasında ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və başqa rəhbər şəxsləri, Çin Dövlət Şurasının baş nazir müavini Han Jenq kimi nüfuzlu şəxslərin olacağı gözlənilir.

Forumun təhlükəsizliyini təmin etmək üçün 5 minədək hərbçi cəlb olunacaq.

ƏvvəlkiTürkiyə telekanalı 20 Yanvar faciəsinə həsr olunmuş veriliş hazırlayıb
NövbətiBakı Nəqliyyat Agentliyi qanunsuz parklanmaya nəzarəti xüsusi avtomobillərlə edəcək