Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

Bakı metrosunda cibgirlik edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, 1000 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Quliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiABŞ-ın Azərbaycandakı səfirliyi işçi axtarır
NövbətiBakı metrosunda cibgirlik edən şəxs saxlanılıb