Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

Bakı metrosunda cibgirlik edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, 1000 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Quliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBakı metrosunda cibgirlik edən şəxs saxlanılıb
NövbətiÇin xaricdəki diplomatik nümayəndəliklərin sayına görə ABŞ-ı qabaqlayıb