Ümid Partiyasının Gəncə təşkilatı konfrans keçirib

Ümid Partiyasının Gəncə şəhər təşkilatı bu gün növbəti Ümumi yığıncağını keçirib.

‘GancaPost’ xəbər verir ki, bu gün Gəncə ümidçilərinin keçirdiyi Ümumi yığıncaqda təşkilatın yeni strukturu formalaşıb.

Partiyanın Gəncə şəhər Təşkilatının sədri Salman İmanlının hesabatı dinləndikdən sonra Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev ölkədəki ictimai-siyasi vəziyyət, regionda gedən proseslərin Azərbaycana təsirindən və eyni zamanda bölgə təşkilatının qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra yekdil səsvermə ilə Salman İmanlı yenidən partiyanın Gəncə təşkilatın sədri seçilib.

Eyni zamanda Nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib.

Konfransda Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, Partiyanın Ali Məclisinin sədri Rəfail Tağızadə iştirak edib.

Qeyd edək ki, konfransa qonaq qismində Gəncədə fəaliyyət göstərən bir sıra partiyaların nümayəndələri də qatılıblar.

Əvvəlki“ İctimai İştirakçılığın Dəstəklənməsi ” İсtimai Birliyindən nöybəti layihə
NövbətiRuhani ABŞ-ı hədələdi: Tarixi peşmançılıq olacaq