30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun “Murquzlu” dağının “Üçtəpə” yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, şəhidin cənazəsi ailəsinin Bakının Nərimanov rayonunda yaşadığı evə gətirilib.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər.

Cahid Nağıyevin meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Füzuli rayonuna aparılacaq və doğulduğu Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

ƏvvəlkiBaşlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlanıb
NövbətiMüdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb