10 min azərbaycanlı rusiyalı oldu

Ötən il 10.394 azərbaycanlı Rusiya vətəndaşlığı əldə edib.

Türk.az xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə postsovet məkanı ölkələri arasında yeddinci yeri tutub.

Rusiya vətəndaşlığına ən çox müraciət edənlər arasında ilk dördlükdə ukraynalılar (85.119), qazaxlar (40.718), taciklər (29.039) və ermənilər (23.334) qərarlaşıb.

Rusiya vətəndaşlığı ən az türkmənləri (729), latışları (166) və litvalıları (115) maraqlandırıb.

Əvvəlki“Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparıldı
NövbətiPREVENTİV MƏQSƏDLİ CAVAB!