Ərdoğan Ramil Quliyevi təbrik etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Atletika üzrə Avropa Çempionatında qızıl medal qazanan, Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevə zəng edib.

Türk.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan telefon danışığı zamanı qızıl medalla bütün Türkiyəni qürurlandıran Ramili təbrik edərək uğurlarının davamlı olmasını diləyib.

Qeyd edək ki, Ramil Quliyev dünən Berlində keçirilən yarışda 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstəricisi ilə qızıl medal qazanıb.

ƏvvəlkiTürkiyədə lirə sürətlə ucuzlaşır
NövbətiTacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub