Zimbabve Prezidenti Azərbaycana səfər edəcək

Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.

“Report” yerli “NewsdzeZimbabwe” nəşrinə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Corc Çarambaməlumat verib.

Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

“Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir”, – C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.

ƏvvəlkiSosial müavinətlərin elektron təyinatı sistemi yaradılır
NövbətiDİN Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb