Zakir Həsənov Rusiyaya gedib

Avqustun 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.

ƏvvəlkiAzərbaycan artilleriyaçıları silah və hərbi texnikaya baxış keçiriblər – VİDEO
NövbətiGəncədə içməli su təchizatı yenidən qurulur – Fotolar