Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinləyib – VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənova qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.

ƏvvəlkiNyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası rəsmən işə başlayıb
Növbətiİran səfirliyi: Tehranda keçirilən erməni olimpiadasında Qarabağdan olan komanda iştirak etməyib