Zəngilan şəhərində məktəb binası tikiləcək

Prezident İlham Əliyev Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Report” xəbər verir ki, Sərəncamla Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

ƏvvəlkiOmbudsman 13 yaşlı qızın körpə dünya gətirməsi məsələsini nəzarətə götürüb
NövbətiBakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib