Zəlzələdən 258 saat sonra daha bir nəfər dağıntılar altından sağ çıxarılıb

Türkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarılıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Kahramanmaraşda 258 saat dağıntılar altında qalmış 42 yaşlı Neslihan Kılıç xilas edilib.

O təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

ƏvvəlkiAzərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsinə həsr olunmuş videokonfrans keçirilib
NövbətiXankəndi-Laçın yolu: aksiya axşam saatlarında da ruh yüksəkliyi ilə davam edir