Zəfər Gününə həsr olunmuş növbəti tədbir – “Xarıbülbül qoxulu Zəfər Günü”

Noyabrın 4-də Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrə filialı 203 nömrəli tam orta məktəblə birlikdə Zəfər Gününə həsr olunmuş “Xarıbülbül qoxulu Zəfər Günü” başlığı altında tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində candan keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçılarına Azərbaycan tarixinə qızıl hərflərə yazılmış Zəfər Günü barədə ətraflı məlumat verilib.

Tədbir zamanı şagirdlərin ifasında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səslənib, rəqslər, səhnəciklər, 44 günlük müharibəni əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sonda Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

ƏvvəlkiHəndbol üzrə qadınlardan ibarət millilərinin Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb
NövbətiFazil Məmmədovun cənazəsi Azərbaycana gətirilib