Yevlaxda qətl törədən şəxs tutulub

Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb

ƏvvəlkiSosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi radikal dini cərəyanların təhlükəli fəaliyyəti ilə bağlı Dəyirmi Masa keçirdi
NövbətiBirinci vitse-prezident: “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib