Yerevanda yaşayış binasında partlayış olub

Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında partlayış olub. Türk.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Sakinlərdən biri itkin düşüb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Partlayış nəticəsində binanın 12 mənzili çöküb. Dağıntılar altından 19 nəfər xilas edilib.

Hadisəyə qaz sızması səbəb olub.

ƏvvəlkiÜST: Fövqəladə vəziyyət davam etməlidir
NövbətiBu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür