Yenidən qurulan peşə məktəblərinin adları açıqlanıb

2023-2024-cü tədris ilində yenidən qurulan peşə təhsili müəssisələrinin adları açıqlanıb.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi yekunlaşıb.

Lənkəran Peşə Liseyi, Mingəçevir Peşə Məktəbi və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi davam etməkdədir.

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba peşə liseyləri isə layihələndirmə mərhələsindədir.

Əvvəlki“Maya” filmi Kiprdə nümayiş olunub
NövbətiXaçmazda şəhid Elnur Rüstəmovun xatirəsi anılıb