Xaçmazda şəhid Elnur Rüstəmovun xatirəsi anılıb

Ermənistan silahlı qüvvələri tərəfindən ötən il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Əbilyataq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra rayon rəsmiləri şəhid Elnur Rüstəmovun ailə üzvləri ilə görüşüblər. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaətdən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.

Rayon ictimaiyyətinin nümayəndələri şəhid Elnur Rüstəmovun şərəfli ömür və döyüş yoluna nəzər yetiriblər. Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

ƏvvəlkiYenidən qurulan peşə məktəblərinin adları açıqlanıb
NövbətiAzərbaycanda zərgərlik bazarının idxal və ixrac perspektivləri: Dünya və yerli brendlərin rəqabət imkanları