Yeddi ayda “Azəri-Çıraq-Günəşli” yatağının gəlirləri 5,6 milyard ABŞ dolları olub

Cari ilin ilk 7 ayında “Azəri-Çıraq-Günəşli” yatağından 5 milyard 683 milyon ABŞ dolları gəlir əldə edilib.

Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, 7 ayda “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 72 milyon ABŞ dolları gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 252 milyon 725 min ABŞ dolları təşkil edib.

ƏvvəlkiEmmanuel Makron İlham Əliyevə zəng edib
Növbətiİsrail ordusu Qəzza zolağına zərbələr endirir